Cari ilin yanvar-avqust ayları ərzində sahibkarların 1732 investisiya layihəsinin maliyyələşdirilməsinə 72,1 milyon manat güzəştli kredit verilib. Sahibkarlığın İnkişafı Fondundan bildirilib ki, bu kreditlər hesabına 1690 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Ötən ilin müvafiq dövründə isə güzəştli kredit mexanizmi çərçivəsində 945 layihə maliyyələşdirilib və bu məqsədlə 48,4 milyon manat vəsait ayrılıb.