Təkrar əlillik təyin olunmuş 16,7 min şəxsə 9,2 milyon manat ödənilib

2022.09.12 12:27 (UTC+04:00)

Ötən ilin iyul ayında qəbul edilmiş qanunla şəxsə əlillik müddəti bitəndən sonra 6 ayadək dövr ərzində təyin edilən əlillik əvvəlki əlillik müddətinin bitdiyi tarixdən rəsmiləşdirilir.

Beləliklə, həmin dövr üçün də şəxsə əlilliyə görə sosial ödəniş verilir.

Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu tədbir cari ildə 16,7 min şəxsi əhatə edib.Onlara əvvəlki əlillik müddətinin bitdiyi vaxtdan təkrar əlillik təyin olunan vaxta qədərki 6 ayadək dövr üzrə 9,2 milyon manat ödənilib.