Bu ilin 8 ayı üzrə operativ məlumatlara görə, hasil edilən 21,8 milyon ton neftin 17,6 milyon tonu ixraca nəql edilib. Bu barədə energetika naziri Pərviz Şahbazov məlumat verib.
O bildirib ki, ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz artımla hasil edilən 30,6 milyard kubmetr qazın 14,4 milyard kubmetri ixrac olunub.