Əmək müqavilələrinin sayı 2022-ci ilin 1 sentyabrına 1 milyon 692 mini ötüb

2022.09.12 11:17 (UTC+04:00)

“Əmək bazarında şəffaflığın təmin olunması istiqamətində aparılan islahatlar müsbət nəticələr verir”. Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
“2019-cu ilin əvvəli ilə müqayisədə bağlanmış əmək müqavilələrinin sayı 290,4 min ədəd artıb və 2022-ci ilin 1 sentyabrına 1 milyon 692 mini ötüb. Qeyri-neft sektorunun özəl bölməsində isə bu göstərici 260,4 min ədəd artaraq 800,3 min təşkil edib”, - deyə nazir əlavə edib.