“Vergi daxilolmalarında müşahidə olunan artımın mühüm hissəsi qeyri-neft-qaz sektorunun payına düşür”. Məlumatı iqtisadiyyat naziri Mikayıl Cabbarov paylaşıb.
“Bu ilin 8 ayında qeyri-neft-qaz sektorundan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 1.434,8 milyon manat və ya 33,6% artaraq 5.698,8 milyon manat olub”, - iqtisadiyyat naziri əlavə edib.