“Bugünədək Sahibkarlığın İnkişafı Fondu tərəfindən sənaye məhsullarının istehsalı və emalına xidmət edən 2.557 layihənin maliyyələşdirilməsinə 720,1 milyon manat güzəştli kredit verilib”. Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov paylaşım edib.
“Ötən il boya məhsullarının istehsalı ilə məşğul olan “Polisan Azərbaycan” MMC-yə Fond tərəfindən 100 min manat güzəştli kredit dəstəyi göstərilib”, - deyə nazir bildirib.