“Brent” markalı neftin noyabr fyuçersləri 0,72 % bahalaşaraq 89,79 ABŞ dollarına satılıb. WTI neftinin oktyabr fyuçerslərinin qiyməti isə 0,48 % artaraq 1 bareli 83,94 ABŞ dolları təşkil edib.
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti isə 0,47 ABŞ dolları, yaxud 0,51 % azalaraq 92,3 ABŞ dolları təşkil edib.