Valyuta hərracında tələb 43,8 milyon ABŞ dolları təşkil edib
2022.09.08 14:14 (UTC+04:00)
Sentyabrın 8-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracı keçirilib.
Hərracda tələb 43,8 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.