Bu ilin 8 ayında pensiya, müavinət, təqaüd, ünvanlı yardımlar üzrə əhaliyə 4 milyard 362 milyon manat ödənilib

2022.09.08 11:44 (UTC+04:00)

Sosial təminat növləri üzrə ödənişlərdə artım dinamikası bu ilin 8 ayında da davam edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin yanvar-avqust aylarında pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 4 milyard 362 milyon manat vəsait ödənilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 9,5 faiz və ya 379 milyon manat çoxdur.