İspaniya qaza görə tutulan ƏDV-nin dərəcəsini müvəqqəti olaraq 21 faizdən 5 faizə endirəcək

2022.09.08 17:00 (UTC+04:00)

İspaniyanın Baş naziri Pedro Sançes qazın qiymətlərinin artması və inflyasiyanın 10%-i ötməsi ilə əlaqədar açıqlama verib. Açıqlamada qaza görə tutulan əlavə dəyər vergisinin (ƏDV) dərəcəsinin oktyabr ayından ilin sonuna kimi 21%-dən 5%-ə endirdiyini bildirib. İspaniya hökumətinin başçısı deyib: "Payız və qış dövrlərinə girdiyimiz üçün istilik xərclərimizi aşağı salmağa çalışmağımız məqsədəuyğun görünür". Bu tədbirin qüvvədə olma müddəti dekabrın sonuna qədər nəzərdə tutulsa da, P.Sançes onu 2023-cü ilə - İspaniyanın “yaşadığı çətin vəziyyət davam edəcəyi” müddətə qədər uzatmağa hazır olduğunu vurğulayıb.