Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat paylaşıb: “Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı ilə ölkələrimiz arasındakı birliyə və möhkəm dostluğa əsaslanan münasibətlərin nümunəvi xarakter daşıdığını məmnunluqla vurğuladıq. Cənab səfirlə İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın tərəfdaşlığımıza töhfələrini qeyd etdik, Türkiyə şirkətləri ilə investisiya əməkdaşlığının genişləndirilməsi, infrastruktur sahələrinə sərmayə qoyuluşu barədə müzakirələr apardıq”.