“Biznesə daxil olma” işçi qrupunun növbəti iclası keçiriləcək

2022.09.07 13:41 (UTC+04:00)

2022-ci il 9 sentyabr tarixində saat 11:00-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Biznesə daxil olma” işçi qrupunun video-konfrans formatında iclası keçiriləcək.

Ətraflı məlumat üçün keçid: https://azranking.az.

İclasda Dünya Bankı Qrupunun “Әlverişli Biznes Mühiti” layihәsinin “Biznesə daxil olma” indikatoru üzrə diaqnostika matrisasının və müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair Yol Xəritəsi layihələrinin hazırlanması üzrə görülmüş işlər barədə məlumatlar veriləcək, qarşıda duran vəzifələr müzakirə ediləcək.

Vətəndaşlar, o cümlədən özəl sektor nümayəndələri Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın https://azranking.az internet portalının “Onlayn müraciət” (https://azranking.az/online-apply) bölməsi və keçiriləcək iclasla əlaqədar “Təklif göndər” onlayn xidməti vasitəsilə aidiyyəti sahə və məsələlər barədə təkliflər təqdim edə bilərlər.