Vergi ödəyicilərinin nəzərinə!

2022.09.07 12:15 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin Tovuz rayonunda yerləşən vergi ödəyicilərinə xidmət mərkəzi cari təmir işləri ilə əlaqədar 08.09.2022-ci il tarixdən 20 gün müddətinə (təmir işləri yekunlaşanadək) müvəqqəti olaraq fəaliyyət göstərməyəcək.

Dövlət Vergi Xidməti tərəfindən göstərilən xidmətlərin əksəriyyətinin elektronlaşdırıldığını nəzərə alaraq, elektron xidmətlərdən faydalanmağınız, gələcəkdə vaxtınıza qənaət edilməsi məqsədilə xidmət mərkəzlərinə yalnız zəruri hallarda, yəni əldə olunması nəzərdə tutulan xidmətin elektron analoqu olmadıqda müraciət etməyiniz tövsiyə olunur.

Əlavə olaraq bildiririk ki, 14 saylı Ərazi Vergilər İdarəsində (ƏVİ) uçotda olan Tovuz rayonu üzrə vergi ödəyiciləri qeyd edilən müddətdə Dövlət Vergi Xidməti tərəfindən göstərilən üzbəüz xidmətlərdən yararlanmaq üçün həmin ƏVİ-nin nəzarət əhatəsinə daxil olan Şəmkir şəhəri, H.Əliyev prospekti 5 (14 saylı ƏVİ-nin inzibati binası), (iş günləri saat 09:00-dan 18:00-dək, fasiləsiz), Qazax şəhəri, S.Arixov küçəsi (iş günləri saat 09:00-dan 14:00-dək, fasiləsiz), Ağstafa şəhəri, Qarabağ məhəlləsi, R.Əsədov küçəsi, (iş günləri saat 09:00-dan 14:00-dək, fasiləsiz) və Gədəbəy şəhəri, 20 yanvar küçəsi, (iş günləri saat 09:00-dan 14:00-dək, fasiləsiz) ünvanlarında yerləşən vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər.