Bu ilin 8 ayında pensiya ödənişlərinə 3 milyard 276 milyon manat yönəldilib

2022.09.07 11:36 (UTC+04:00)

2022-ci ilin yanvar-avqust aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 5,9 faiz (182 milyon manat) çox olmaqla 3 milyard 276 milyon manat vəsait yönəldilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu ilin əvvəlindən minimum aylıq pensiya daha 20 faiz artırılaraq 240 manata çatdırılıb, pensiyaların sığorta hissəsi indeksləşdirilib, pensiyaçılara maddi yardımlar ayrılıb. 1,2 milyon pensiyaçını əhatə edən həmin artımlar üçün illik 440 milyon manat əlavə vəsaitin ayrılması təmin edilib.
Bu ilin 8 ayında 18,6 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 66,9 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.