Qeyri-neft sektoru üzrə ixrac 19 faiz artıb

2022.09.06 18:03 (UTC+04:00)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın sentyabr sayına əsasən, cari ilin yanvar-avqust aylarında Azərbaycanın ümumi ixracı 26,2 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 1,9 milyard ABŞ dolları təşkil edib.

Mərkəzdən bildirilib ki, qeyri-neft sektoru üzrə ixrac ötən ilin ilk səkkiz ayı ilə müqayisədə 19 faiz artıb.

Bu ilin yanvar-avqust ayları ərzində kimya sənayesi məhsullarının ixracı 3 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 66 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 21,1 faiz çoxalıb.