Qloballaşan dünyada texnoloji proseslərin sürətli inkişafı qanunvericilik aktlarının da dövrün tələblərinə uyğunlaşdırılması zərurətini yaradır. Bu baxımdan, digər qanunvericilik aktları kimi əmək qanunvericliyinə də dövri olaraq müəyyən dəyişikliklər və əlavələr edilir. Əmək qanunverciliyi eksperti Nüsrət Xəlilovun “Əmək qanunvericiliyinin praktiki izahı” kitabının yenidən nəşr olunmasının da səbəbi budur.
Kitabda əmək qanunvericliliyinə edilmiş ən son əlavə və dəyişikliklər əks olunub. Kitab, əsasən, mühasib və insan resursları sahəsində çalışanlar və çalışmaq istəyənlər, eləcə də işçi və işəgötürənlər üçün nəzərdə tutulub.
Hər hansı sahə ilə bağlı qanunvericiliyi öyrənmək maraqlı olduğu qədər, müəyyən mənada həm də çətindir. Praktiki izahlar çətinliklərin aradan qaldırılması üçün ən əlverişli yoldur. Bu mənada, “Əmək qanunvericliyinin praktiki izahı” kitabı maraqlananlar üçün faydalı vəsaitdir.
Kitabda Əmək Məcəlləsinin ayrı-ayrı maddələri ilə yanaşı, bu sahəyə dair, demək olar ki, bütün qanunvericilik aktları praktiki şəkildə, əyani nümunələr əsasında şərh və izah olunub. Kitabın yazılmasında 100-dən artıq qanunvericilik aktına istinad edilib. Qeyd edək ki, peşəkar mühasib sertifikatı imtahanına hazırlaşan mühasiblər imtahan proqramına uyğun sualların izahını bu kitabda tapa bilərlər.
18 fəsil və 505 səhifədən, 300-dən artıq praktiki nümunə və 100-dən artıq sənəd formalarından ibarət kitabda bu mövzular əhatə olunub:
• əmək müqaviləsinin bağlanmasından xitamına qədər bütün məsələlər;
• elektron informasiya sistemində əmək müqaviləsinin qeydiyyata alınması və xitamı (ƏMAS);
• əməkhaqqının həm ümumi, həm də fərqli hallar üçün hesablanması;
• əcnəbilərin əmək hüququ;
• əməkhaqqından vergi, sığorta və digər tutulmaların aparılması;
• məzuniyyətlərin rəsmiləşdirilməsi, məzuniyyət haqqının hesablanması və verilməsi şərtləri;
• müavinətlərin hesablanması, rəsmiləşdirilməsi və elektron müraciət qaydaları;
• ezamiyyə ilə bağlı qaydalar, ezamiyyənin rəsmiləşdirilməsi və ezamiyyə xərclərinin hesablanması;
• əmək müqaviləsinə xitam verilməsi və rəsmiləşdirilməsi;
• əmək müqaviləsinə xitam verilərkən ödənişlər;
• mükafat və cəza tədbirləri;
• xüsusi kateqoriyalı işçilərin: qadınların, əlilliyi olan şəxslərin, yaşı 18-dən aşağı olan şəxslərin və s. əmək hüququ;
• Əmək Məcəlləsinə edilmiş yeni dəyişikliklərin izahı;
• fərdi əmək mübahisələri;
• işçinin və işəgötürənin maddi məsuliyyəti;
• dövlət qulluqçularının əmək münasibətləri;
• əmək qanunvericiliyinin pozulmasına görə inzibati və cinayət məsuliyyəti.
Kitabı əldə etmək üçün +994554666550 nömrəsinə yaza və ya zəng edə bilərsiz. Satın alınmış kitab sifarişçilərə bütün ölkə daxilində ödənişsiz çatdırılır.