Asiya İnkişaf Bankının eksperti ilə görüş keçirilib

2022.09.06 15:41 (UTC+04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Asiya İnkişaf Bankının “Cənubi Qafqaz - regional aqro-qida dəyər zəncirinin qiymətləndirilməsi” layihəsinin baş beynəlxalq eksperti Stiv Allen ilə görüşüb.
KOBİA-dan bildirilib ki, görüşdə aqrar və qida sektorlarının ölkə iqtisadiyyatının dəyər zəncirində əhəmiyyətli rol oynamaqla yanaşı, KOB-ların fəaliyyəti baxımından da vacib sektorlar olduğu vurğulanıb. Agentliyin aqrar və qida sektorlarında çalışan KOB-lara göstərdiyi dəstək və xidmətlər diqqətə çatdırılıb, müvafiq layihə çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib.