Türkmənistanla Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

2022.09.06 15:06 (UTC+04:00)

Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib: “Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasov ilə ölkələrimiz arasında dostluq və qardaşlığa əsaslanan münasibətlərin əhəmiyyətini vurğuladıq, iqtisadi-ticarət əməkdaşlığının daha da genişləndirilməsi barədə fikir mübadiləsi apardıq”.