Mərkəzi Bankın valyuta ehtiyatları artıb

2022.09.06 10:56 (UTC+04:00)

Bu il sentyabrın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 7 milyard 503,6 milyon ABŞ dolları təşkil edib ki, bu, avqustun 1-i ilə müqayisədə 1,3% çoxdur.
AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 6,1%, son 1 ildə isə 6,55% artıb.