Səkkiz ayda “Azəri-Çıraq-Günəşli” yatağının gəlirləri 6,6 milyard ABŞ dolları olub

2022.09.05 16:00 (UTC+04:00)

Cari ilin ilk 8 ayında “Azəri-Çıraq-Günəşli” yatağından 6 milyard 629 milyon ABŞ dolları gəlir əldə edilib.

Dövlət Neft Fondundan AZƏRTAC-a bildirilib ki, 8 ayda “Şahdəniz” yatağından isə (qaz və kondensat) 1 milyard 148 milyon ABŞ dolları gəlir əldə olunub.

O cümlədən, “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 328 milyon 567 min ABŞ dolları təşkil edib.