Bu il TANAP və TAP ilə Türkiyə və Avropaya 11 milyard kubmetr qaz nəql edilib

2022.09.05 15:15 (UTC+04:00)

Bu il TANAP və TAP ilə Türkiyə və Avropaya ümumilikdə 11 milyard kubmetr qaz nəql edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov deyib.
Onun sözlərinə görə, Türkiyə TANAP ilə 3,7 milyard kubmetr, cəmi 5,4 milyard kubmetr, Avropa isə 7,3 milyard kubmetr Azərbaycan qazı ilə təchiz olunub.