Türkiyə iqtisadiyyatında ikinci rübdə 7,6 faiz böyümə olub

2022.09.06 13:07 (UTC+04:00)

Türkiyə Statistika Təşkilatı (TÜİK) 2022-ci ilin ikinci rübü üçün ümumi daxili məhsul (ÜDM) göstəricilərini açıqlayıb.
TÜİK-in məlumatlarına görə, bu ilin ikinci rübündə maliyyə və sığorta fəaliyyəti 26,6 faiz, xidmət fəaliyyəti 18,1 faiz; peşə, inzibati və köməkçi xidmət fəaliyyəti 11,0 faiz; sənaye 7,8 faiz; informasiya və rabitə fəaliyyəti 5,3 faiz; daşınmaz əmlak fəaliyyəti 4,1 faiz; digər xidmət sahələri 1,9 faiz; dövlət idarəçiliyi, təhsil, səhiyyə və ictimai iş fəaliyyətləri 1,7 faiz artıb. Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq 2,9 faiz, tikinti sektoru isə 10,9 faiz azalıb.
2022-ci ilin ikinci rübündə əvvəlki ilin müvafiq rübünə nisbətən mal və xidmətlərin ixracı 16,4 faiz, idxal isə 5,8 faiz artıb.