Cari ilin yanvar-iyul aylarında paytaxtda ticarət dövriyyəsinin həcmi 2021-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 5,7 faiz artaraq 15 milyard 247,2 milyon manat olub.
Bakı Şəhər Statistika İdarəsindən bildirilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,6 faiz artaraq 8 milyard 532,6 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 1 faiz azalaraq 6 milyard 714,6 milyon manata bərabər olub. İstehlak məhsullarının 36,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 46,7 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 17 faizi isə paytaxtın məhsul bazarlarında realizə olunub.