Almaniya Baş nazirinin müavini və maliyyə naziri Olaf Şoltz avrozona iqtisadiyyatının sabitliyi baxımından Avropa Mərkəzi Bankının istifadə etdiyi alətlərin kifayət etmədiyini bildirirək, "sabitliyi təmin etmək üçün daha çox alətlərə ehtiyac var", - demişdir. Şolz "Süddeutsche Zeitung" qəzeti tərəfindən Almaniyanın paytaxtı Berlində keçirilmiş 12-ci iqtisadi zirvə toplantısındakı çıxışında avro bölgəsində sabitliyin olmasının Avropa İttifaqının gələcəyi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir. ABŞ-da tətbiq olunan işsizlik və sığorta sistemini avro bölgəsi üçün nümunə göstərən Şoltz "Bizim ortaq iqtisadi birliyimizdə iqtisadi sabitlik üçün başqa yerlərdə olduğu kimi yetərli alətlər mövcud deyil. Bunu yaratmaq məcburiyyətindəyik", - demişdir. Qlobal miqyasda şirkətlərə minimum vergi qoymaq sahəsində razılaşma əldə ediləcəyinə inandığını vurğulayan Şoltz bu sahədə razılıq əldə olunmazsa, Avropanın təkbaşına addım atacağını qeyd etmişdir. O, "Facebook" və "Google" kimi rəqəmsal şirkətlərə vergi tətbiq edilməsinin çətin olduğunu bildirmişdir, çünki bu cür şirkətlərin əksəriyyəti ABŞ-ın Silikon vadisində yerləşdiyinə görə onlar istehsal müəssisələrinə fiziki sərmayə qoymurlar.