Rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

2022.09.02 17:31 (UTC+04:00)

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Tamerlan Tağıyev Türkiyənin Samsun şəhərində keçirilən “Teknofest” festivalı çərçivəsində Türkiyə Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin rəhbəri Ali Taha Koçla görüş keçirib. Görüşdə 4SİM və Rəqəmsal Transformasiya Ofisi arasında rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.