Yanvar-iyul aylarında ixrac edilən qeyri-neft məhsulları siyahısında pambıq mahlıcı birinci olub

2022.08.31 18:07 (UTC+04:00)

Yanvar-iyul aylarında ixrac edilən qeyri-neft məhsulları siyahısında pambıq mahlıcı birinci olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın avqust bildirilir ki, cari ilin yeddi ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (140,3 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda tomat (pomidor) ikinci (134,1 milyon ABŞ dolları), karbamid isə üçüncü (121,9 milyon ABŞ dolları) yerdə qərarlaşıb.

2022-ci ilin iyul ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında karbamid (23,1 milyon ABŞ dolları) birinci, ilkin formalı polipropilen (16 milyon ABŞ dolları) ikinci və şaftalı meyvəsi (14,8 milyon ABŞ dolları) üçüncü olub.