Yanvar-iyul aylarında dəmir yolu ilə 3,5 milyon ton yük daşınıb

2022.08.31 14:54 (UTC+04:00)

Yanvar-iyul aylarında dəmir yolu nəqliyyatı ilə 3 milyon 567,4 min ton yük daşınıb ki, bu yüklərin dəyəri 1 milyard 983,4 milyon ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, dəmir yolu nəqliyyatı ilə ixrac olunan 1 milyon 465,1 min ton yükün dəyəri 595,8 milyon dollar təşkil edib.

Yeddi ayda bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 2 milyon 102,3 min ton, dəyəri isə 1 milyard 387,5 milyon dollar olub.