Cari ilin yanvar-iyul aylarında “Azexport.az” portalına 288,4 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın avqust sayında bildirilir ki, bu ilin iyul ayında “Azexport.az” portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 40 milyon ABŞ dolları təşkil edib. İyulda “Azexport.az” portalına ən çox ixrac sifarişi şərab, meyvə şirəsi, tomat, mineral su, tütün, fındıq ləpəsi, fındıq qabığı, biyan kökü, toyuq əti, şaftalı, mühərrik yağı, tibbi zəli və sair mallara görə daxil olub.
Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2022-ci ilin iyulun 31-nə kimi (67 ay ərzində) “Azexport.az” portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 3,12 milyard ABŞ dolları təşkil edib.