Yeddi ayda Azərbaycanda 30 milyard dollardan çox ticarət əməliyyatları aparılıb

2022.08.31 13:21 (UTC+04:00)

Yanvar-iyul aylarında Azərbaycanda ticarət əməliyyatlarının dəyəri 30 milyard 58,9 milyon ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ticarət əməliyyatlarının 7 milyard 493,8 milyon dolları idxalın, 22 milyard 565 milyon dolları isə ixracın payına düşüb.