Ötən ay dəniz limanlarında 830,6 min ton yükləmə-boşaltma işləri həyata keçirilib

2022.08.31 11:10 (UTC+04:00)

İyulda dəniz limanlarında 830,6 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib.

Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən bildirilib ki, yüklərin 773,1 min tonunu tranzit yükləri təşkil edib.

Keçən ay dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı 2100 nəfər olub.