Qara metallar və onlardan hazırlanan məmulatların idxalı artıb

2022.08.30 16:47 (UTC+04:00)

Yeddi ayda 373,7 min ton qara metallar və onlardan hazırlanan məmulatlar idxal edilib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, idxal edilən qara metallar və onlardan hazırlanan məmulatların dəyəri 535,8 milyon dollar olub.

Xatırladaq ki, ötən ilin eyni dövründə dəyəri 440 milyon dollar olmaqla 296 min ton qara metallar və onlardan hazırlanan məmulatlar idxal edilib.