Yanvar-iyul aylarında 430 min tonadək buğda idxal edilib

2022.08.30 14:04 (UTC+04:00)

Cari ilin yanvar-iyul aylarında 429,8 min ton buğda idxal edilib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, idxal edilən buğdanın dəyəri 154,6 milyon dollar olub.

Xatırladaq ki, 2021-ci ilin müvafiq dövründə dəyəri 103,7 milyon dollar olmaqla 408,8 min ton buğda idxal edilib.