Meyvə-tərəvəz idxalı artıb

2022.08.30 12:10 (UTC+04:00)

Cari ilin yeddi ayında 231,9 min ton meyvə-tərəvəz idxal edilib.

Dövlət Gömrük Komitəsindən bildirilir ki, idxal edilən meyvə-tərəvəzin dəyəri 142 milyon dollar olub.

Xatırladaq ki, 2021-ci ilin yanvar-iyul aylarında dəyəri 128,2 milyon dollar olmaqla 223,6 min ton meyvə-tərəvəz idxal edilib.