Yeddi ayda 90,5 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edilib

2022.08.29 16:38 (UTC+04:00)

Bu ilin yanvar-iyul aylarında 90,5 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edilib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, ixrac edilən qara metallar və onlardan hazırlanan məmulatların dəyəri 83,2 milyon dollar olub.

Xatırladaq ki, 2021-ci ilin müvafiq dövründə dəyəri 64,9 milyon dollar olmaqla 92,4 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edilib.