Çay ixracında iki dəfəyə yaxın artım olub

2022.08.29 16:16 (UTC+04:00)

Yanvar-iyul aylarında 1263 ton çay ixrac edilib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, ixrac edilən çayın dəyəri 7,6 milyon dollar olub.

Xatırladaq ki, 2021-ci ilin müvafiq dövründə dəyəri 4,8 milyon dollar olmaqla 636 ton çay ixrac edilib.