Türkiyənin “OYAK” Şirkətlər Qrupunun prezidenti Eren Ziya Dik Azərbaycanda səfərdədir.
Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
“Türkiyənin “OYAK” Şirkətlər Qrupunun kimya sektoru üzrə prezidenti Eren Ziya Dik ilə KOBİA-da görüşməkdən və şirkətin Azərbaycanda potensial fəaliyyət istiqamətlərinə dair fikir mübadiləsi aparmaqdan məmnun oldum”, - deyə O.Məmmədov qeyd edib.