Yanvar-iyul aylarında 78,1 min ton kartof ixrac edilib

2022.08.29 12:28 (UTC+04:00)

Yanvar-iyul aylarında 78,1 min ton kartof ixrac edilib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, ixrac edilən kartofun dəyəri 35 milyon dollar olub.

Xatırladaq ki, 2021-ci ilin eyni dövründə dəyəri 39,8 milyon dollar olmaqla 91,8 min ton kartof ixrac edilib.