Aİİ-nin ümumi birja bazarında hesablaşmalar milli valyutalarda aparılacaq

2022.08.30 13:10 (UTC+04:00)

Avrasiya İqtisadi Komissiyasının (AİK) mətbuat xidmətinin yaydığı açıqlamada bu barədə məlumat verilib. Avrasiya İqtisadi İttifaqının (Aİİ) inteqrasiya və makroiqtisadiyyat naziri Sergey Qlazyev bildirib ki, "Hesablamalar Aİİ ölkələrinin milli valyutaları ilə aparılacaq. Valyuta səbətinin yaradılması isə nəzərdə tutulmur". Nazirin sözlərinə görə, Aİİ-də əmtəələrin ümumi birja bazarı 2025-ci ildə fəaliyyətə başlayacaq. Bazarın formalaşması konsepsiyasının 2023-cü ildə, onun həyata keçirilməsi proqramının isə 2024-cü ilin sonuna kimi təsdiq edilməsi planlaşdırılır. Qlazyev əlavə edib ki, belə bir quruma ehtiyac artdığından malların ümumi birja bazarının fəaliyyətə başlamasının sürətləndirilməsi nəzərdə tutulmur. "Tərəflərdən onun işə salınmasını sürətləndirmək üçün təkliflər var, lakin Ermənistan və Qırğızıstanda praktiki olaraq heç bir mal mübadiləsi ticarətinin olmadığını nəzərə alsaq, bizim qiymətləndirməmizə görə, buna hələ hazır deyilik".

Aİİ-nin ümumi birja əmtəə bazarının formalaşdırılması “Strategiya-2025”də nəzərdə tutulub. İyul ayında Belarus Universal Əmtəə Birjasında İttifaqın mallarının ümumi birja bazarının formalaşdırılması çərçivəsində sınaq ticarəti keçirilib, raps yağı satışa çıxarılıb.