Ermənistanın iqtisadi artımı səngiyib, ticarət və xidmət fəaliyyətləri azalıb

2022.08.26 14:07 (UTC+04:00)

Statistikaya əsasən, Ermənistana turist axınının iqtisadiyyata müsbət təsiri getdikcə azalır. www.armenianreport.am saytının Milli Statistika Komitəsinə istinadən yaydığı xəbərdə iyulda ölkənin iqtisadi fəallıq indeksinin azaldığı vurğulanıb. İyunda iqtisadi fəallıq 16,8% olduğu halda, iyulda bu göstərici 8,3%-ə düşüb.

Demək olar ki, bütün iqtisadi göstəricilərdə əhəmiyyətli azalmalar qeydə alınıb, xüsusilə ticarət və xidmət sahələrində artım ləngiyib. İyulda əvvəlki ayla müqayisədə ticarət 9,3%, xidmətlərin həcmi isə 0,3% azalıb. Xarici ticarət sahəsində də böyük geriləmə müşahidə olunur. İyunda xarici ticarət dövriyyəsinin həcmində 20,1% artım olduğu halda, iyulda 0,5% azalma qeydə alınıb. Bununla yanaşı, idxalın həcmi 7,3%, ixracın həcmi isə 43,8% azalıb.