Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqust ayının bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün ödənilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, vətəndaşlar həmin sosial ödənişlərini onlara verilmiş kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.
Bundan əvvəl, avqustun 9-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, avqustun 16-da ölkəmizin digər bölgələri üzrə pensiyalar (o cümlədən güzəştli şərtlərlə təyin edilmiş pensiyalar) ödənilib.
Beləliklə, bütün sosial təminat növləri üzrə avqust ayının sosial ödənişləri yekunlaşıb.