Kanada və Almaniya 2025-ci ilə qədər Almaniyaya hidrogen yanacağının ixracı üçün ittifaq yaratmaq haqqında niyyət bəyannaməsi imzalayıblar.
“RİA Novosti” agentliyinin məlumatına görə, bəyannamə Kanadada baş nazir Castin Trüdo və Almaniya kansleri Olaf Şolsun iştirakı ilə imzalanıb. Sənədin imzalanmasını şərh edən C.Trüdo vurğulayıb ki, Kanada “dünyanın ehtiyac duyduğu təmiz enerjinin etibarlı təchizatçısına çevrilə bilər”.
O.Şolz öz növbəsində hidrogen yanacağının gələcəkdə enerji daşıyıcılarının, xüsusilə də yükdaşıma, aviasiya və nəqliyyat kimi sektorların təchizatında aparıcı rol oynayacağına əminliyini ifadə edib.