İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

2022.08.25 16:08 (UTC+04:00)

Avqustun 25-də Bakı Fond Birjasında (BFB) “İpoteka və Kredit Zəmanət Fondu” ASC–nin AZ2062008688 ISIN-li, 25 milyon manat həcmində, 7200 (7144 qalıq) gün tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

BFB-dən bildirilib ki, hərrac zamanı 1 investor tərəfindən bir sifariş təqdim edilib. Hərrac qiyməti 1,005.0555 manat olan sifarişlərin nominal qiymətlə ümumi məbləği və istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 25 milyon manat olub.

İstiqrazlar 2042-ci il martın 17-də ödəniləcək.