Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Qazaxıstanın Xarici Ticarət Palatasının İdarə Heyətinin sədri Ayan Yerenov ilə görüşüb.
KOBİA-dan bildirilib ki, görüşdə əməkdaşlıq imkanlarına və agentliyin iştirakı ilə ölkələrimiz arasında işgüzar əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.