Daha iki bölgədə Əmlak Xidmətləri Məkanı açılacaq

2019.04.26 10:27 (UTC+04:00)

Əmlak Məsələləri Dövlət Komitəsinin bütün xidmətləri bu ilin əvvəlindən vahid məkanda icra olunur. Əmlak Xidmətləri Məkanında ümumilikdə komitənin fəaliyyət sahələrinə uyğun 46 xidmət təqdim edilir. Bununla yanaşı, burada notarius, bank, memarlıq və layihələndirmə işləri, əmlakın sığortalanması və poçt xidməti də göstərilir. Komitədən verilən məlumata görə, yaxın vaxtlarda Gəncə və Xaçmazda Əmlak Xidmətləri Məkanının açılması nəzərdə tutulur.

Qeyd edək ki, indiyədək bu məkanlara artıq 50 mindən çox vətəndaş müraciət edib. Ən çox müraciət daşınmaz əmlakın qeydiyyatı ilə bağlı olub. Bundan başqa özəlləşdirmə, kadastr, torpaq istifadəçiliyi və digər sahələr üzrə də müraciətlər edilib. Əmlaklara dair çıxarış almaq istəyən vətəndaşlara mülkiyyət sənədi elektron şəkildə verilir.