Avropa İttifaqı (Aİ) Komissiyasının Birgə Araşdırma Mərkəzi (JRC) tərəfindən Avropa Quraqlıq Rəsədxanasının məlumatları və təhlilləri əsasında hazırlanan “Avropada quraqlıq: avqust 2022-ci il” adlı hesabat dərc olunub. “CNN türk” televiziya kanalının xəbərinə görə, hesabatda Avropanın bir çox yerlərində quraqlığın təşviş yaradıcı səviyyəyə çatdığı vurğulanıb.
Qeyd olunub ki, iyul ayındakı həyəcanverici vəziyyət hələ davam edir, hazırda Aİ ərazisinin 47 faizi “xəbərdarlıq”, 17 faizi isə “həyəcan” vəziyyətindədir. Ümumilikdə, Aİ ərazisinin 64 faizinin “xəbərdaqlıq” və “həyəcan” vəziyyətində olduğuna diqqət çəkilərək bildirilib ki, JRC ekspertləri Avropadakı mövcud vəziyyəti “son 500 ilin ən quraq dövrü” kimi qiymətləndiriblər.