Bankomatların sayı 4.2 faiz, POS-terminalların sayı 17.8 faiz artıb

2022.08.24 14:29 (UTC+04:00)

Bankların ödəniş xidməti şəbəkəsi üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin iyul ayının sonu ilə müqayisədə bankomatların sayı 4.2 faiz, POS-terminalların sayı 17.8 faiz artıb.

Mərkəzi Bankdan bildirilib ki, iyulun 31-nə fəaliyyət göstərən 26 bankın filiallarının sayı 480, şöbələrinin sayı 95, ATM-lərin sayı 2 min 944 olub. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.9 faiz (203 nəfər) artaraq 21 min 729 nəfər təşkil edib. Ümumilikdə, cari ilin 7 ayında bank sektorunun işçi sayı 6.9 faiz və ya 1400 nəfər artıb (iyul ayında 203 nəfər artım).