Ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2.3 dəfə artıb.
Mərkəzi Bankdan bildirilib ki, cari ilin iyul ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 2036 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 1566 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 467 milyon manatı POS-terminallar vasitəsilə gerçəkləşdirilib. İyul ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi ölkədaxili əməliyyatların 41.8 faizini təşkil edib.