Bank sistemi üzrə iyul ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 185 min ədəd artaraq 12 milyon 429 min ədəd təşkil edib.
Mərkəzi Bankdan bildirilib ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 22.6 faiz artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 21.9 faiz, kredit kartları üzrə 27.3 faiz təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 90 min, kredit kartları 339 min, digər kartlar isə 1.8 milyon ədəd artıb. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib.