KOBİA-nın dəstəyi ilə Bakıda psixoloji hazırlıq mərkəzi fəaliyyətə başlayıb

2022.08.23 15:17 (UTC+04:00)

Bakı şəhərində yeni psixoloji hazırlıq mərkəzi - “İşıq Psixoloji və Nitq İnkişaf Mərkəzi” fəaliyyətə başlayıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, mərkəzdə loqoped-defoktoloq, kiçik motorika inkişafı, erkən inkişaf, qrup terapiyası, məktəbəqədər montessori təlimi, diqqət, yaddaş inkişafı, mental arfimetika dərsləri sahəsində bir sıra xidmətlər göstərilir.

“İşıq Psixoloji və Nitq İnkişaf Mərkəzi” psixoloji hazırlıq müəssisəsinin yaradılmasına dövlət dəstəyi KOBİA vasitəsilə təmin edilib. Belə ki, KOBİA tərəfindən mərkəzin yaradılmasına məsləhət, lisenziyanın alınması, işçilərin əmək müqaviləsinin bağlanması ilə bağlı dövlət qurumları ilə əlaqələndirmə, vergi qeydiyyatından keçərək VÖEN əldə olunması, Sumqayıt KOB İnkişaf Mərkəzi tərəfindən təşkil edilmiş təlimlərdə iştirak, korporativ idarəetmə və sair təlimlərdə iştirakın təmin edilməsi, marketinq istiqamətlərində dəstək və xidmətlər göstərilib.

“İşıq Psixoloji və Nitq İnkişaf Mərkəzi”nin fəaliyyətinin genişləndirilmə üçün KOBİA tərəfindən müəssisəyə dövlət dəstəyi davam etdiriləcək.