Gədəbəy rayonunda 14 saylı ƏVİ tərəfindən təsdiq edilmiş qrafikə əsasən, vergi ödəyiciləri ilə "Vergitutma məqsədləri üçün uçotun aparılması, vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin olduğu yer üzrə uçota alınması, vergi növləri üzrə öhdəliklərin qanunla müəyyən edilmiş müddətlərdə yerinə yetirilməsi, vergi ödəyicilərinin hüquq və vəzifələri" mövzusunda görüş keçirilib. Tədbir zamanı vergi ödəyicilərinə qanunvericiliyin tələbləri izah edilib, onları maraqlandıran suallar cavablandırılıb.